Ölkə 18:18 22.06.2019

İcra başçısının birinci müavini təltif edildi

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb. 

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə "Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb. (APA)