Ölkə 11:41 10.08.2017

İcra başçısının yeni xanım müavini kimdir? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının yeni müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Fərəcova Rəna Möhübbət qızı təyin edilib.

"Qaynarinfo" xəbər verir ki, Rəna Fərəcova 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura, 2013-cü ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildən isə Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.

2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ilin sentyabr ayında Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunub.

2016-cı ilin noyabr ayında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsinə təyin olunub.

28.07.2017-ci il tarixində isə Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qaynarinfo.Az