Ekonomiks 19:00 03.12.2019

İcra Hakimiyyətində kadr dəyişikliyi

Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus "Gəncə Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib. 

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu, direktoru əvəz edən Araz Rəfibəylidir.  

O, sözügedən vəzifədə Murad Səttarovu əvəz edib. 

Xatırladaq ki, "Gəncə Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.