Ölkə 18:27 12.12.2018

İcra Hakimiyyətində yeni təyinat

Tovuz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, icra başçısı Məmməd Məmmədovun imzaladığı əmrlə Şakir Rüstəmov İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, bu ilin iyunun 7-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.