İctimai məkanlarda siqaretlə bağlı qaydalar sərtləşdirilir - Yeni cərimələr gözlənilir
Bəzən adi görünən bir məkan əslində qanunun sərhədləri ilə məhdudlaşır. İnsanların sərbəst şəkildə girib-çıxdığı hər yer ictimai məkan hesab olunur. Bu məkanlarda tütün tüstüsü təkcə vərdiş deyil, həm də hüquqi məsuliyyət məsələsidir.
Qaydalar yalnız qapalı yerlərlə məhdudlaşmır. Bəzi açıq məkanlarda da "görünməz qadağa xətti” mövcuddur və həmin sərhədi keçən şəxslər inzibati məsuliyyətlə üzləşə bilərlər.
Milli Məclis-də müzakirə olunan dəyişiklik layihəsi qəbul edilərsə, qadağan olunmuş yerlərdə siqaret istifadəsi və dövriyyəsi ilə bağlı daha sərt cərimələr tətbiq olunacaq.
Yeni qaydaların 2026-cı il 1 aprel tarixindən qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər