Foto 13:41 24.03.2019

"İdai" qasırğasının qurbanlarının sayı 700-ü keçdi (FOTOLAR)

Cənubi Afrika ölkələri Mozambik, Zimbabve, Malavidə müşahidə edilən "İdai" qasırğasının qurbanlarının sayı 700-ü keçib.

Qaynarinfo xəbər verir ki, güclü yağışın yaratdığı sel və torpaq sürüşməsi təkcə Mozambikdə 417 nəfərin həyatına son qoyub. Zimbabvedə bu rəqəm 259, Malavidə isə 59-dur. Təbii fəlakətdən sonra on minlərlə insana malyariya və vəba diaqnozu qoyulub. 

"İdai" qasırğası ümumilikdə 1,7 milyon insana təsir göstərib.

Gülşən