Dünya 17:55 23.03.2019

İdlibdə mülki vətəndaşlar hədəf alındı: 15 ölü, 28 yaralı var

Suriyanın İdlib şəhərində mülki əhaliyə qarşı təşkil edilən hücum zamanı ölənlərin sayı artıb.

Qaynarinfo xəbər verir ki, Xan Şeyxun ərazisində ötən gecə təşkil edilən hücumda 15 vətəndaş həlak olub, 28 nəfər yaralanıb. 

Hücumun Hmeymim hərbi bazasından havalanan 5 rus təyyarəsi tərəfindən təşkil edildiyi bildirilir.

Qeyd edək ki, Suriyada "İdlib Gərginliyin Azaldılması Bölgəsi" müəyyənləşdirilsə də, ərazidə mülki vətəndaşlar hələ də hədəf alınır. Bu il ərzində 166 mülki şəxs qətlə yetirilib, 500-ə yaxın insan yaralanıb.

Gülşən