Dünya 09:55 01.10.2020

İdlibdə Rusiya PUA-sı vuruldu

Suriyada İdlibdə döyüşən yaraqlılar vilayətin cənubundakı Cebel Ez Zaviya yaxınlığında bir pilotsuzunu vurduqlarını bildirib.


Qaynarinfo xəbər verir ki, onlar bunu sübut etmək üçün xəbərə fotoşəkil əlavə ediblər. Məlumat Directorate 4 Telegram kanalı tərəfindən paylaşılıb.

 

Fotoşəkildə yerdə Rusiya Orlan-10-u göstərilir.

 

PUA-nın kimə məxsus olduğu məlum deyil.


Bu mövzuda rəsmi açıqlama verilməyib.

 

Alpər