Sənət 11:21 24.01.2018

İdman Akademiyasında “graffiti” və “mural art”

"WoWallart” şirkəti Azərbaycan Dillər Universitetindən sonra növbəti ali məktəbdə "mural art” tətbiq edəcək. Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sifarişi ilə boya və spray (graffiti) vasitəsilə müxtəlif illüstrasiyalar işlənəcək. Təqribən 300 kv.m. sahədə tətbiq olunacaq "mural art” işlərindən birinin 3D illüstrasiya olması nəzərdə tutulur. 

Başlıca məqsəd təhsil ilə "mural art”ı  sintez etmək, tələbələrin maraq və motivasiyasına təsir etmək, daha da həvəsləndirmək, fərqlilik və kreativliyi divar rəsmləri vasitəsilə insanlara çatdırmaqdır. Bu yeniliyi həyata keçirən "WoWallart” şirkəti isə Bakıda bu sahənin daha da tanınacağına və seviləcəyinə, paytaxtın müxtəlif biznes və qeyri-biznes məkanlarında məhz "mural art”ın tətbiqinə daha çox yer veriləcəyinə inanır. Şirkətin meneceri Emil bəy bildirir ki, bu məqsədlə muralistlər yeni ideyalar, yeni mövzular üzərində düşünür, təkliflər hazırlayır, təhsildən başqa sahələrin də diqqətini çəkməyə çalışırlar. Qeyd edir ki, bu incəsənət növü dünyada geniş yayılıb, lakin şəhərimizdə yenidir və təhsil sahəsində "mural art” isə özü ayrılıqda ölkəmiz üçün bir yenilikdir. Emil bəy digər ali məktəblərin də bu "incəsənət”ə maraq göstərəcəyinə ümid edir. 

Xatırladaq ki, "WoWallart” şirkəti divar, taxta, lövhə və şüşə üzərində kreativ illüstrasiya və rəssamlıq xidmətləri təqdim edir. Şirkətin belə xidmətlərinə yağlı boya ilə rəsmlər, graffiti, 3D art, fresko, mandala və kalliqrafiya xidmətləri aiddir. Xüsusilə biznes sahiblərinin diqqətini çəkən "mural art” ofislər, restoranlar, biznes, co-working, tədris mərkəzləri, bağçalar və digər məkanların estetikasını daha da artırır. Nəticədə kreativ divar illüstrasiyaları belə məkanlara daha çox müştəri cəlb edir. Devizi "Estetika və komfort yaradırıq” olan şirkətin xidmətlərindən indiyədək "Nar & sharab”, "Passage 1901” kimi restoranlar, "EduGrata” təhsil mərkəzi, "PİTS” informasiya texnologiyaları şirkəti və digər biznes məkanlarda istifadə olunub. 
Belə xidmətlərdən paytaxt sakinləri də faydalana bilər. Belə ki,) müxtəlif yaradıcı rəsmlərlə evin (qonaq, yataq, uşaq otağı, dəhliz) gözəlliyini artırmaq və daha da zövqlü etmək mümkündür. Valideynlər öz uşaqlarının sevdiyi illüstrasiyaları (komikslər, animasiya personajları və s.) onların yataq otağında əks etdirmək üçün bu şirkətə müraciət edə bilərlər. İşlər keyfiyyət və səliqə ilə görülür, qısa zamanda sifarişçiyə təhvil verilir. 

Bu xidmətlər üçün müraciət: (həftənin bütün günləri, 09:00-20:00)
Əlaqə tel: (055) 280 30 16
WhatsApp: (055) 740 74 54

Facebook və İnstagram səhifələr: