İdman 12:50 17.05.2013

İdmançılara marixuana icazəsi - ŞOK QƏRAR

Beynəlxalq Antidopinq Agentliyinin (WADA) İcraiyyə komitəsi orqanizmdə dopinq testini 10 dəfəyə qədər artıran marixuananın (15-dən 150 nanometrədək) istifadəsinə icazə verilməsi haqqında qərar qəbul edib.

ANS PRESS-in verdiyi xəbərə görə, antidopinq agentliyinin Monrealda keçirilən toplantısında mütəxəssislər marixuananın hətta yarışa bir gün qalmışa qədər istifadəsini də təhlükəsiz hesab ediblər. 

Marixuana heç vaxt idmançılar arasında qadağan olmayıb. Hətta müxtəlif idmançıların, o cümlədən, üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felpsin də narkotikdən istifadə etdiyi məlumdur. Yarış vaxtı marixuana testinin müsbət nəticəsinə görə standart diskvalifikasiya müddəti 6 aydır. Amma bəzən "çəkənlər" ictimai məzəmmətlə canlarını qurtarırlar.

Agentliyin qərarına görə, orqanizmdə 150 nanoqram marixuananın istifadəsi tezliklə qüvvəyə minməlidir.

Qaynar.info