Xəbər lenti

Foto 19:07 12.03.2020

"İdmanda terror" mövzusunda dəyirmi masa təşkil edildi (FOTO)

Azərbaycan Respublikasında idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir.

Qaynarinfo xəbər verir ki, yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq bu gün Gənclər və İdman Nazirliyi, Hüquq və mühafizə orqanlarının dəstəyi ilə Bakı şəhər Gənclər və İdman İdarəsində "İdmanda terror” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək qonaqlarını salamlayıb və tədbirin mahiyyəti haqqında danışaraq, belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Hüquq və mühafizə orqanlarının eksperti hazırlanmış slaydlar vasitəsilə dəyirmi masa iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Bakı şəhərinin rayon Gənclər və İdman İdarələri, federasiya rəsmiləri, klub və cəmiyyətlərin məşqçi, hakim və idmançıları iştirak edib.

Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->