Maqazin 13:14 06.11.2018

İdris ilin ən yaraşıqlı kişisi seçildi (FOTO)

Nüfuzlu "People" dərgisi 2018-ci ilin ən yaraşıqlı kişisinin adını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu, ingils aktyor İdris Elba olub.

"Güzgüyə baxdım və özümü təqdir ettim. Məncə bu gün həqiqətən də yaraşıqlıyam. Düzü məmnun oldum. Bu böyük sürprizdir və özünəinamı artırmaq üçün yaxşı yoldur", - deyə aktyor ilin ən yaraşıqlı kişisi seçilməsinə münasibətində bildirib.

46 yaşlı aktyor "Rock and Roll", "Big Game", "Prometheus" və "Marvel" kinostudiyalarının istehsalı olan "Thor" kimi bir sıra məşhur filmlərdə rol alıb, "Luther" serialında baş rolu oynayıb.

Ötən il bu mükafat aktyor Corc Kluniyə verilib. Həmin il İdris Elba isə sıralamada 7-ci olub.

Qeyd edək ki, mükafat 1985-ci ildə ilk dəfə avstraliyalı aktyor Mel Gibsona verilib.