Xəbər lenti

İdxalı ƏDV-dən azad edilən xammal və materiallar (SİYAHI)
Ölkə 19:42 02.11.2017

İdxalı ƏDV-dən azad edilən xammal və materiallar (SİYAHI)

Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, fərmanla "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilib. 
 

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

 1. 

2601200000

Yandırılmış pirit

2.

2606000000

Alüminium filizləri və konsentratları

3. 

2818200000

Alüminium oksidi, süni korunddan fərqli

4.   

7203100000

Dəmir filizinin birbaşa reduksiya məhsulları

 5.   

7203900000

Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri

 6.  

7204491000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)

7.   

7204499000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri

8.   

8545110080

Sobalarda istifadə olunan elektrodlar – digərləri

 9.    

8545190001

Elektroliz qurğuları üçün elektrodlar


Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->