Texnologiya 19:43 07.05.2018

İflic olan insanlar üçün yeni imkan

Yeni yaradılan alqoritm düşüncə vasitəsilə kompyuter kursorunun daha sürətli və həssas olmasını təmin edir.

Qaynarinfo xəbər verir ki, bədəni tam iflic olan şəxslər beynin qolun hərəkətinə nəzarət edən qisimindəki hüceyrələrini hərəkət etdirə bilməsə də, fəal vəziyyətə keçirə bilir.

Beyin ilə əzələ arasındakı əlaqə, nevroloji yaralanmağa və xəstəliyə bağlı olaraq kəsilmiş olsa da, beyindəki siqnalların gəldiyi bölgə möhkəm qalaraq funksiyasını yerinə yetirə bilir.

Bu məlumatlara əsaslanan araşdırmaçılar və mühəndislər, iflic olanların beyninə yerləşdirilən bir cihazla kompyuter kursorunu hərəkət etdirə biləcəyini kəşf edib. Elm adamları tərəfindən son illərdə ixtira edilən beyin içinə yerləşdirilən qəbuledici cihazlar, beyindən göndərilən hər bir neyron siqnalını ölçərək və alqoritmdən keçirərək fiziki məhdudiyyətli şəxslərin kompyuter kursorunu düşüncə gücü ilə hərəkət etdirmələrinə imkan verir.

Nərmin Həsənli