Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Piriyev Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovadan üzr istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə İxtixar Piriyevin özü məlumat yayıb.
Sabiq direktorun Vəfa Novruzovadan üzr istəməsinə səbəb 2023-cü ildə aralarında yaranmış gərginlik olub.
"2023-cü ildə Vəfa Novruzova ilə aramızda yaranmış gərginliyə görə üzrlü hesab etməsini xahiş edirəm! Atası, mərhum rejissorumuz Məmmədkamal müəllimə Tanrıdan rəhmət diləyirəm!”, deyə İftixar Piriyev qeyd edib.
Qeyd edək ki, 2023-cü ildə Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edərək Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib. O, Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunmasını istəyib.
Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı İftixar Piriyevlə bağlı icraata xitam verilib. Qərara əsasən, onun iddiada qeyd olunan əməli törətməkdə təqsirli olduğu müəyyən edilsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatdığı üçün iş üzrə icraata xitam verilib.
Bahar Rüstəmli
Şərhlər