İdman 19:51 08.11.2013

İki ayın ən yaxşıları müəyyənləşdi

Topaz Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı oyunçularının adları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən "Bakı"nın hücumçusu Əfran İsmayılov sentyabr, "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo isə oktyabr ayının ən yaxşı oyunçuları seçiliblər.

Ayın qaliblərinə Topaz tərəfindən 1500 manat pul mükafatı təqdim olunub.

Qaynar.info