İdman 11:42 07.05.2013

İki futbolçu “Qəbələ”dən uzaqlaşdırıldı

“Qəbələ” Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksandr Çertoqanovla yolları ayırıb. 

Bu haqda Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Çertaqanov ona bəslənən ümidləri doğrultmadığı üçün komandadan göndərilib. Bundan başqa, “Qəbələ” nigeriyalı müdafiəçisi İfeanyi Emeqara əsas komandadan kənarlaşdırıb. Z.Əzizovun sözlərinə görə, bu futbolçu məqşilər heyətinin etimadını doğrultmadığı üçün hazırda fərdi şəkildə hazırlıq keçir.

Z.Əzizov komandada islahatların olacağını istisna etməyib. 

Qaynar.info