İdman 14:55 11.12.2013

İki qadın boksçumuz finalda


Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında beynəlxalq boks turnirində finalçılar məlum olub.
 
Trend Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının 2 üzvü də həlledici döyüşdə iştirak etmək hüququ qazanıb.
 
Yana Alekseyeva (60 kq) və Aynur Rzayeva (81 kq) yarımfinal görüşlərini qələbə ilə başa vuraraq, finala yüksəliblər. Anna Əlimərdanova (51 kq), Əzizə Abbasova (48 kq) və Leyla Cavadova (75 kq) isə yarımfinalda uduzaraq, bürünc medala sahib olublar.
 
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.


Qaynar.info