İkinci Avropa Oyunlarının loqosu təqdim olundu

İkinci Avropa Oyunlarının loqosu təqdim olundu

“Minsk-2019” II Avropa Oyunlarının loqotipi bu gün təqdim olunub.

"Qaynarinfo" xəbər verir ki, loqotipin rəsmi təqdimat mərasimi Bakı vaxtı ilə saat 19.00-da Belarus prezidenti Aleksandr Lukaşenkonun anadan olduğu Aleksandriya şəhərində baş tutub. Aleksandriya Minskdən 250 km məsafədə yerləşir.

Loqotipin bu formada yaradılması ideyası "Arzularının arxasınca get" şüarından yaranıb. Avropa Oyunlarının rəmzi İvana Kupala yay gecəsində (yay gün dönümü şərəfinə bayram) açılan ayıdöşəyi bitkisi haqqındakı əfsanəni xatırlatmaq məqsədilə elə ayıdöşəyi olacaq. Rəvayətə görə, onu tapan hər kəsin bütün istək və arzularını yerinə yetir.

Bununla əlaqədar loqonun rəsmi təqdimatı zamanı günəş və yerin çiçəklənməsinə həsr olunmuş qədim xalq bayramlarından olan Kupalye bayramı qeyd olunacaq.

II Avropa Oyunlarının rəsmi şüarı "Bright Year, Bright You" ("Parlaq il, parlaq sən") olacaq.

Qeyd edək ki, Minsk II Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının 2016-cı ilin oktyabr ayında Belarus paytaxtında keçirilmiş 45-ci iclasında qazanıb. İlk Avropa Oyunları isə 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR