phrase_var_qaynar. 17:23 30.09.2020

İkinci COVİD dalğası başladı, Slovakiya fövqəladə vəziyyətə keçdi

Slovakiya Baş naziri İgor Matoviç 1 oktyabrdan bəri ölkədə ümumi fövqəladə vəziyyət elan edib.


Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, hökumət koronavirusla əlaqədar vəziyyətin kəskin pisləşməsi səbəbindən bu tədbiri görməyə məcbur olub, baxmayaraq ki, yazda fövqəladə rejim ümumi deyil, yalnız səhiyyə sektoruna aid olub.


Qərar respublikanın mərkəzi böhran qərargahının iclasından sonra verilib.


Fövqəladə rejim təkcə qapalı məkanlarda məcburi maska taxmağı deyil, eləcə də bütün kütləvi tədbirlərin qadağan edilməsini nəzərdə tutur. Yalnız məhdud sayda iştirakçı ilə toy, dəfn və hökumət iclaslarına icazə veriləcək.


Qeyd edək ki, Slovakiyada həkimlər ardıcıl dördüncü dəfə COVİD üzrə gündəlik rekord artım qeyd edib. Səhiyyə Nazirliyinin statistikası infeksiya yayılma sürətinin kəskin şəkildə artdığını göstərir.

 

Alpər

Oxşar xəbərlər