Sənət 20:08 06.07.2019

Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək (YENİLƏNİB)

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin "Report"a verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq:

"Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır".

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.

16.00

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.

"Report"un məlumatına görə, hazırda yazıçının cənazəsi həmin kəndə aparılır. 

Mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.