Sənət 19:25 30.09.2014

“İlahi oyun” Bakıdan Tiflisə gedir

Akademik Milli Dram Teatrının kollektivi sabah (1 oktyabr) Gürcüstana yola düşür. Teatr Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Qaynar.info-nun verdiyi xəbərə görə, kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.  Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan Akademik Milli Dram Teatrının tamaşası 3 oktyabr tarixində, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20.00-da nümayiş etdiriləcək.

Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Qaynar.info