Video 20:08 18.03.2018

"İlanların əfəndisi" faciəvi şəkildə öldü (VİDEO)

Malaziyalı məşhur ilan oynadan Əbu Zarin Hüssin faciəvi şəkildə ölüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, kömək üçün çağırılan bir evdə kobranı sakitləşdirərkən hücuma məruz qalıb və zəhərlənərək hadisə yerində həyatını itirib.

Malayziyada ilanlar bölgədə yaşayanlar üçün çətin anlar yaşadır. Bu səbəbdən insanlar tez-tez ilan mütəxəssislərinə və ya bu işlə məşğul olan şirkətlərə müraciət edirlər.

33 yaşlı Əbu Zarrin də həmin şirkətlərdən birinin rəhbəri olub. O, karyerası ərzində yüzlərlə ilanı öldürmədən toplaya bilməsi ilə ölkədə məşhurlaşıb.