İdman 01:45 09.02.2014

İlham Əliyev ailəsiylə Soçidə yarışları izləyərkən - FOTOLAR

İlham Əliyev Soçidə kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxıb 

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxıblar.

Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur.

Qaynar.info