Ekonomiks 15:37 30.07.2021

İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı (SƏRƏNCAM)

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Prezident.az məlumat yayıb.

Sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.