Siyasət 11:46 28.11.2021

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

Qaynarinfo-nun məlumatına görə, səfər çərçivəsində dövlət başçısının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.