Siyasət 11:17 10.06.2019

İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.