Siyasət 17:51 11.06.2013

İlham Əliyev Davudoğlu ilə görüşdü

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 11-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Qaynar.info