Siyasət 13:07 14.03.2019

İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, əvvəlcə İlham Əliyev ilə Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.