Siyasət 16:51 15.04.2013

İlham Əliyev Hacıqabula getdi

Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri başlayıb.

Dövlət başçısı Hacıqabul rayon mərkəzindən Rəncbər kəndinə çəkilmiş avtomobil yolunun, rayona çəkilən yeni su xəttinin açılışında iştirak edəcək, Heydər Əliyev Mərkəzisinə baş çəkəcək.

Daha sonra dövlət başçısı Daxili Qoşunların şəxsi heyəti üçün yeni inşa edilmiş yataqxana və qərargahın, rayonda inşa olunan kafel-metlax zavodunun açılışına da qatılacaq.(apa)