Siyasət 17:16 16.06.2013

İlham Əliyev İranın yeni prezidentini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Həsən Ruhaniyə təbrik edib. 

Təbrik məktubunda İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb. 

"Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik", - prezident bildirib.

Qaynar.info