Siyasət 09:24 23.01.2020

İlham Əliyev Mixail Qusmanı təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mixail Solomonoviç Qusmanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman "Şərəf” ordeni ilə təltif edilib.