Siyasət 14:09 28.05.2014

İlham Əliyev Neftçalaya getdi

Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfər edib.

APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Qaynar.info