Siyasət 11:12 27.03.2019

İlham Əliyev Paşinyanla Vyanada görüşəcək (RƏSMİ)

Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə Qayanrinfo-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçirilir.