Siyasət 16:46 28.05.2014

İlham Əliyev Poroşenkonu təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonu təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: 

“Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram”.

Qaynar.info