Siyasət 16:10 27.02.2013

İlham Əliyev Saakaşvilini qəbul etdi

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Qaynar.info