Ekonomiks 15:38 18.10.2018

İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

Sabah Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, prezident Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə "Petkim PetroKimya Holding A.Ş."nin ərazisində inşa edilmiş "Star" neft emalı zavodunun açılışına qatılacaq.

Açılışa İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Azərbaycan və Türkiyənin hökumət üzvləri, müvafiq qurum və təşkilatların nümayəndələri, müxəlif enerji şirkətlərinin rəhbərləri və yüksək bürokratlar qatılacaqlar.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşünün də olacağı gözlənilir.

Qeyd edək ki, "Star" neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgəsində son illərdə gerçəkləşdiilən ən böyük layihələrdən biridir.