Siyasət 22:09 07.06.2013

İlham Əliyev sərt danışdı


“Onlar antimilli qüvvələrə çevriliblər”

“Azərbaycanda elə qüvvələr var ki, hakimiyyətə gəlmək üçün hər cür qrupla əlaqəyə girməyə, onların maraqlarını qorumağa hazırdırlar”.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bunu  prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında bildirib.

 O, qeyd edib ki, "onlar bu maraqla antimilli qüvvələrə çevriliblər və öz hakimiyyətlərini əldə etmək üçün Azərbaycanın bütün maraqlarını qurban verməyə hazırdırlar. Onlar hətta hakimiyyətə gəlmək üçün  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də güzəşt etməyə hazırdırlar”.

 İlham Əliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan iqtidarını bu cür qüvvələr qorxutmur, çünki iqtidar xalqa, xalqın iradəsinə arxalanıb. O qarşıdan gələn seçkilərdə də xalqın iradəsinin nümayiş olunacağını bildirib.

 “Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, inkişafdır, müstəqillikdir, sosial rifahdır. YAP qarşısında duran vəzifələri də bundan sonra da uğurla yerinə yetirəcək”, deyə prezident bəyan edib.

Qaynar.info