Siyasət 13:14 26.07.2021

İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - Yeni təyinat

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaynarinfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Qeyd edək ki, R.Məmmədov buna qədər Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri idi.