Foto 16:21 01.02.2019

Prezident və xanımı Ukraynada qəhrəmanlıq edən qardaşlarla görüşüb (YENİLƏNİB/VİDEO)

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir Umud Şirinov qardaşları ilə görüşüblər.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları "İgidliyə görə” medalı ilə təltif edib.

***13.08

Sabir Adil oğlu ŞirinovUmud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif ediliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.

Umudov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.