Siyasət 13:37 04.08.2018

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, başsağlığında deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç. "Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".