Ölkə 17:57 03.12.2019

İlham Əliyev yeni rektor təyin etdi

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.