Ölkə 12:26 19.01.2022

İlham Əliyev yeni Səhiyyə naziri təyin etdi

Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.