Bakıda infarkt keçirərək xəstəxanaya çatdırılan türkiyəli millət vəkili Ekmeleddin İhsanoğlu İstanbula aparılıb.
"Ölkə.Az” xəbər verir ki, türk deputat Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə xüsusi təyyarə ilə aparılıb.
İstanbuldakı bir özəl xəstəxanada həkim nəzarətindən keçdikdən sonra evində istirahət edən İhsanoğluna Türkiyə prezidenti Ərdoğan və baş nazir Binəli Yıldırım zəng edib. Onlar millət vəkilinə sağlamlıq arzu edərək, istənilən köməyə və dəstəyə hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, 75 yaşlı millət vəkili ötən cümə günü Bakıda keçirilən "VI Qlobal Forum”da iştirak edərkən infarkt keçirib. Çıxışını yarıda kəsən deputat "Mərkəzi Klinik Xəstəxana”ya aparılıb. Həkimlər infarkt keçirən deputatı əməliyyat ediblər. 36 saat reanimasiyada saxlanılan deputat artıq İstanbulda müalicə olunmaq istəyib. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə türk millət vəkili özəl təyyarə ilə İstanbula aparılıb.
Şərhlər