Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017” adlı sorğu keçirib.
Bu barədə Qaynarinfo-ya danışan Saytımıza məlumat verən ASGA-nın sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığını qeyd etdi: "Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir. Bu dəfəki sorğumuzun "İLİN BAŞÇISI 2017” nominasiyası üzrə qalibi Qazax rayon icra başçısı Rəcəb Babaşov oldu. Biz həmçinin Qazaxda sıravi vətəndaşlarla görüş keçirdik, şifahi sorğu apardıq. Böyük hörmətə, nüfuza malik olan icra başçısının seçilməsinin də təsadüfi olmadığına əmin olduq”.
Məlumat üçün qeyd edək ki, sorğu QHT-nin rəsmi internet səhifəsi www.AzSlav.org saytında həyata keçirilib.
Şərhlər