2019-cu ilin yanvar - aprel aylarında Azərbaycanda 436 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - aprel ayları ilə müqayisədə minik avtomobili istehsalı 3,4 dəfə artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində isə 153 ədəd minik avtomobili istehsal edilib.
01.05.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 186 ədəd təşkil edib. 01.04.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 189 ədəd təşkil etmişdi.
Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).
2019-cu ildə Neftçaladakı "Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. Plana görə, il 4 ayda "Khazar” avtomobil zavodu 1000 ədəd avtomobil yığmalı idi.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır.
Həmçinin, 2019-cu ilin yanvar- aprel dövründə ölkəmizdə 451 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-aprel dövrü ilə müqayisədə traktor istehsalı 10,7% azlıb.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Şərhlər