Dünya 14:35 28.01.2019

İlk dəfə qadın səfir təyin edildi, İran qarışdı

İranın xarici işlər naziri Cavad Zərifin ölkənin ilk sünni qadın diplomatı Hümeyra Riqi ilə fotosu böyük müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, sosial mediada edilən etirazlara, mühafizəkar qrupların mövqeyinə nazirliyin sözçüsü Bəhram Qasımi cavab verib:

"Foto çəkilməsi rəsmi prosüdurdur. Xarici işlər nazirliyi qadın və sünnilərdən diplomatika sahəsində faydalanmaq niyyətindədir. Qadınların bu sahədə daha çox iştirakını ölkənin inkişafı və milli mənfəətə uyğun hesab edirik. Bu tip mövzuların müzakirəsi və belə reaksiyalar çox təəccüblüdür". 

Qeyd edək ki, Hümeyra Riqi İranın 3-cü səfir qadını və ilk sünni səfir təyin edilən ilk qadındır.

Bu vəzifəyə gətirilən ilk sünni diplomat isə 2015-ci ildə İranın Vyetnam-Kambociya səfiri təyin edilən Saleh Ədibidir.

Gülşən