Ekonomiks 17:00 25.02.2020

İlk Novruz hədiyyəniz Azercell-dən olsun! (R)

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən "Azercell Telekom” MMC qarşıdan gələn Novruz bayramı ərəfəsində fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir.
 
Novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Bu il də hər zaman olduğu kimi,  Azercell öz abunəçilərini sevindirməyə davam edir və xüsusi kampaniyaya start verir. Belə ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı yaradır. 
 
Bayramın ilk kampaniyası fevral ayının 25-i bütün fakturasız xətt abunəçiləri üçün "Sərbəst 15” tarifinə qoşulma zamanı 20% endirim kampaniyası oldu. 
  
Azercell yalnız bayram günlərində deyil, eləcə də bütün il boyu evlərinizin sevinclə dolu olmasını arzu edir!