Texnologiya 16:17 26.04.2018

İlon Mask robot əjdaha istehsal edir

Amerikalı mühəndis İlon Mask növbəti ideyası barədə danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mask "Twitter" hesabından robot əjdaha istehsalına başladığını açıqlayıb və bu sahəyə kifayət qədər maraq göstərilmədiyini deyib. 

Qeyd edək ki, İlon Maskın alov silahları da böyük marağa səbəb olub. İstehsal edilən 20 min ədəd silah artıq satılıb. 

Gülşən