Foto 12:48 24.05.2018

İlon Maskdan qalmaqallı media layihəsi: "Pravda"

"Tesla", "SpaceX" kimi şirkətlərin yaradıcısı olan amerikalı mühəndis İlon Mask növbəti layihəsi ilə gündəmə düşüb.

Qaynarinfo xəbər verir ki, Mask yeni ideyası barədə "Twitter" hesabından məlumat verib:
"İctimaiyyətin hər hansısa məqalənin həqiqəti əks etdirməsi və hər bir jurnalistin, redaktorun, media orqanının etibarlılıq dərəcəsi barədə qiymətləndirmə apara biləcəyi sayt yaradırıq. Saytı "Pravda" adlandırmağı düşünürəm"

Layihə ilə insanlar media orqanları və nümayəndələrinin fəaliyyətlərini, yazılarını dəyərləndirə biləcək.

"Pravda" rus dilində "həqiqət" deməkdir. Bu ad həmçinin Sovet İttifaqı Kommunist Partiyasının əsas media orqanı olmuş "Pravda" qəzetinin adı ilə eynidir. Bu ideya bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Mask sosial şəbəkə hesabından açıqlamalar edərək medianı cəsarətli olmağa və bu addıma dəstək verməyə çağırıb.

Qeyd edək ki, ötən il Kaliforniyada Cared Börkollun rəhbərlik etdiyi "Pravda Corporation" şirkəti yaradılıb. Bu şəxsin adı İlon Maskın layihələrində də yer alır. 

Gülşən